Amerikan koalisiyanın qırıcıları tərəfindən Mosulda sonuncu körpü dağıdılıb
Amerikanın başçılıq etdiyi koalisiya qüvvələrinin qırıcıları İraqın Mosul şəhərinə qarşı öz hücumlarında bu şəhərin qərb və şərq hissələrini bir-birinə qovuşduran Dəclə çayı üzərində qalmış yeganə körpünü dağıdıblar.
Press TV-nin məlumatına görə, Mosul şəhərinin sakinləri dünən deyiblər ki, bu şəhərin qərb və şərq hissələrini bir-birinə qovuşduran Dəclə çayı üzərində qalmış yeganə körpü Amerikanın başçılıq etdiyi koalisiya qüvvələrinin qırıcıları tərəfindən məhv edilib.
Mosul sakinlərindən olan Əbu Əli deyib: Bu hava hücumu körpünü yarı böldü və onun üzərindən keçmək daha mümkün deyil.
Dəclə çayı üzərindəki körpülərin dağılması Mosul sakinlərinin İŞİD-in işğalı altında olan məntəqələrdən qaçmaları üçün qayıqdan istifadə etməkdən savayı bir yol qoymayıbdır.
Mosulda məktəblilərin qırğın edilməsi, eləcə də İraqın Kərkük şəhərinin Daquq məntəqəsində keçirilən və 15 qadının həlak olması, 50 qadının da yaralanması ilə nəticələnən yas mərasiminə hücum, amerikan koalisiyanın BMT-nin sükutu ilə üzləşən hərəkətlərindən olubdur.
Amerikanın başçılıq etdiyi anti-İŞİD adlandırılan koalisiya bu terror qrupu ilə mübarizə bəhanəsilə 2014-cü ilin sentyabrından Suriya və İraq ərazilərinə qarşı hava hücumlarına başlayıbdır.