Fələstinli şəhid ailələri öz övladlarının cəsədlərinin alınmasını tələb etdilər
-
Fələstinli şəhid ailələri öz övladlarının cəsədlərinin alınmasını tələb etdilər
Sionist rejim təhlükəsizlik səbəbləri bəyanəsi ilə fələstinli şəhidlərin cəsədlərini onların ailələrinə verməkdən çəkinmə siyasətini davam etdirir. Hazırda övladlarının cəsədləri sionist hərbçilər tərəfindən saxlanan ailələrin sayı artmaqdadır və bu ailələrdən bir qrupu Ramullah şəhərində aksiya keçirərək öz yaxınlarının cəsədlərini tələb edirlər.
Övladları İsrail rejimi qüvvələri tərəfindən şəhid edilən bir qrup fələstinli ailə Ramullahın əl-Minar meydanına toplaşıb və onların cəsədlərinin təhvil verilməsini tələb ediblər. Digər vətəndaşlar da bu ailələrə dəstək istiqamətində bu aksiyada iştirak ediblər.
Nasir Əbu Qəra Ofre sionist qəsəbəsinin girişində sionist hərbçilərin şəhid etdikləri 23 yaşlı fələstinli gəncin atasıdır. İsrail hərbçiləri iddia edirlər ki, o qəsəbə sakinlərinə hücum edib.
Bu gəncin atası övladının cəsədinin təhvil verilməsi üçün yaranan problemlərə toxunaraq deyib: Bu məsələ bizim üçün başağrısı olub. Biz 60 gün öncədən övladımızın cəsədini istəmişik. Biz kömək edə biləcək hər bir şəxsdən yardım istəmişik.
İsraillilər həmişə iddia edirlər ki, fələstinlilərin cəsədlərinin saxlanılması siyasəti fələstinlilərin onların qüvvələrinə qarşı hücumlarının qarşısını almaq üçün vasitədir. Fələstinli ekspertlər bu iddianı rədd edərək bu hərəkəti önləyici deyil, tənbeh xarakterli hərəkət adlandırırlar.
Siyasi ekspert İsmət Mənsur bu barədə deyib: Tam aydındır ki, İsrail cəsədləri saxlamaq və həlak olanların ailələrini incitməkdən həzz alır. Bu siyasət önləyici amil olaraq məğlub olmuşdur və heç bir nəticə verməmişdir. Bu siyasət fələstinli mübarizlərə mane olmayıb və şəhid ailələrinin fəxrinə də mane olmamışdır.
israil illərlə öncədən fələstinli mübarizlərin cəsədlərini saxlamaq siyasətini yürüdür. Şəhidlərin cəsədlərinin alınması üzrə Fələstin komitəsi bildirib: Hazırda İsrail hərbçilərinin ixtiyarında 240-dan çox fələstinli cəsədi vardır. İsrail hərbçiləri hətta bu cəsədləri təhvil verdikdən sonra onların dəfni üçün çox çətin şərait tətbiq və iddia edirlər ki, bu şəxslərə anım mərasimi başqalarının İsrailə qarşı təhrik olunmasına səbəb ola bilər.