Mosulda yüzdən çox terrorçu öldürülüb
-
Mosulda yüzdən çox terrorçu öldürülüb
İraq polisi Mosulun şərq hissəsində 101 terrorçunun öldürüldüyünü və 15 bomba quraşdırılmış avtomobilin məhv edildiyini bildirib.
İRİB-in məlumatına görə, İraq ordusunun terrorizmə qarşı bölməsinin komandanlarından Əbdülqəni əl-Əsədi bildirib: Bu qüvvələrin Mosulun şərqində irəliləməsi və bu şəhərdə Qüds məhəlləsinə nüfuz etməsi ilə Mosul əməliyyatının 2-ci mərhələsi praktiki olaraq cümə axşamı günündən başlanıb.
Başqa bir məlumata görə, İraq ordusunun Hərbi Təhlükəsizlik Təşkilatı Bağdadın şimalında Tarimiyyə bölgəsində terrorçuların bomba quraşdırılmış üç avtomobilinin məhv edilməsinə toxunaraq bildirib: Üç kamikadze avtomobilləri Bağdadın Kazimeyn bölgəsində partlatmaq istəyirmiş.
Ötən gün də Bağdadın cənubunda əl-Məalif məhəlləsində bomba quraşdırılmış bir avtomobilin partladılması nəticəsində bir nəfər həlak olub, 6 nəfər də yaralanıb.
İŞİD terror qruplaşması terror aktları ilə sivilləri hədəfə almaqla İraq təhlükəsizlik qüvvələrinin Mosulda irəliləməsinə mane olmağa çalışır.