Bağdad terror partlayışlarında 21 nəfər həlak olub
İraqın paytaxtı Bağdadda izdihamlı bir ticarət məntəqəsində baş vermiş partlayış azı 21 nəfərin həlak olması ilə nəticələnib.
İraqın Əlsuməriyyə xəbər kanalının məlumatına görə, bu ölkə polisi bildirib ki, iki partlayış bağlaması bu gün səhər Bağdadın "Əlsənk" ticarət məntəqəsini titrədibdir.
Bəzi mənbələr də bu terror partlayışında əllidən çox insanın yaralandığını bildiriblər. Onlar qeyd ediblər ki, yaralıların vəziyyətinin ağır olması səbəbindən ölənlərin sayının artması ehtimalı var.
Bağdad cümə axşamı günü də bu şəhərin cənubundakı Əlməalif məntəqəsində bomba qoyulmuş bir avtomobilin partlaması nəticəsində bir mülkinin həlak olması, altı nəfərin də yaralanmasının şahidi olubdur.
İraqlı rəsmilərin sözlərinə görə, terrorçular Neynəva vilayəti xüsusiyyət təşkil etməklə döyüş meydanlarında ardıcıl məğlubiyyətlərə düçar olduqdan sonra mülki məntəqələrdə terror əməliyyatları həyata keçirməyi ön plana çəkiblər.