Mosulda iki yeni məntəqə azad edilib
İraqda Mosulun azad edilməsi əməliyyatının davamında yüzlərlə İŞİD terrorçusu öldürülüb və bu şəhərin digər məntəqələri azad edilib.
Press TV-nin məlumatına əsasən, Neynəva vilayətinin əməliyyat komandanı Əbdulamir Rəşid Yarəllah bildirib ki, İraq ordusunun bir bölməsi Mosulun şimalındakı Ələrkub kəndini İŞİD-in işğalından azad edib və İraq bayrağını onun binaları üzərində dalğalandırıbdır.
İraqın Müdafiə Nazirliyi isə bildirib ki, Ələrkub kəndində terrorçulara aid iki minomyot və bomba qoyulmuş iki avtomobil məhv edilib və bir qrup təkfirçi də öldürülübdür.
Üç avtomobil və üç buldozer də Mosulun şimal istiqamətində məhv edilib və 55-dən çox İŞİD üzvü öldürülübdür.
Mosulun şərq istiqamətində isə içərisində bomba qoyulmuş iki avtomobil olan bomba və sursat anbarı məhv edilib.
İraqın federal polis qüvvələri Mosulun qərb sahilinin cənub istiqamətində də bomba qoyulmuş yeddi avtomobili məhv ediblər. Onlar səksən altıdan çox İŞİD üzvünü öldürüblər.
Bundan öncə də qeyd olunan məntəqədə 28 təkfirçi məhv edilmişdi.
Əlfərat Nyus informasiya agentliyi xəbər veribdir ki, xalq qüvvələri İraqın federal polis qüvvələrinin köməyilə Mosulun qərbində yerləşən Şukran kəndini çoxlu sayda İŞİD üzvünü öldürdükdən sonra azad ediblər.
Həmçinin "Elami Hərbi" vebsaytı yazıb: İraqın federal polis qüvvələri Mosulun cənub-şərqində İŞİD-in mühasirəsində olan bir qrup insanı azad ediblər.