Beynəlxalq təşkilatlarda sionistlərin cinayətləri
-
Beynəlxalq təşkilatlarda sionistlərin cinayətləri
Fələstinin xarici işlər naziri deyib ki, Fələstin muxtariyyəti sionistlərin fələstinlilərə qarşı cinayətlərinin şiddətlənməsinə görə, İsrail rejimi məhsullarının boykot edilməsindən əlavə, beynəlxalq təşkilatlarda sionist qəsəbə sakinlərinin də boykot edilmələri təklifini irəli sürmək niyyətindədir.
İordaniyanın Əldəstur qəzetinin internet portalının məlumatına görə, Fələstinin xarici işlər naziri Riyad Əlmaliki sionistlərin fələstinlilərə qarşı cinayətlərinə toxunaraq, deyib: Sionistlərin cinayətləri barədə məsələ Beynəlxalq Cinayət Məhkəməsində, Avropa Birliyində və digər beynəlxalq təşkilatlarda qaldırılacaq.
Fələstinin xarici işlər naziri əlavə edib: Fələstinlilərə qarşı terror hərəkətlərinə əl atan sionist qəsəbə sakinlərindən ibarət bir siyahı da hazırlanmalıdır ki, bu şəxslər səfər edə bilməsinlər.
Əlmaliki söyləyib: Həmçinin sionist qəsəbələrlə birbaşa və ya dolayısı ilə həmkarlıq edən şirkətlərin adlarını ifşa etmək lazımdır ki, onlar beynəlxalq təşkilatlar tərəfindən boykot edilmiş olsunlar.
Fələstinin xarici işlər naziri beynəlxalq təşkilatlardan istəyibdir ki, 2017-ci ildə Fələstin məsələsi qarşısında daha fəal rol oynasınlar.
İşğalçı sionist rejimin 2016-cı il boyu törətdiyi cinayətlər 27 min 335 sionist mənzilin inşasına lisenziyanın verilməsi, 1970 nəfərin qərb sahilində, işğal olunmuş Qüdsdə və Qəzzə zolağında həbs olunması, 1023 fəlsətinli mənzlinin dağıdılması kimi hərəkətlərə şamil olur.
2016-cı il boyu 134 fələstinli də sionistlər tərəfindən şəhid edilibdir ki, onların 34 nəfəri uşaq olubdur.