Rusiya Suriyadakı hərbçilərinin sayını azaldır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i254614-rusiya_suriyadakı_hərbçilərinin_sayını_azaldır
Rusiya silahlı qüvvələrinin baş qərargahı bildirib ki, bu ölkə Suriyadakı bəzi qüvvələrini geri çağırmağa hazırlaşır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 06, 2017 13:56 Asia/Baku
  • Rusiya Suriyadakı hərbçilərinin sayını azaldır
    Rusiya Suriyadakı hərbçilərinin sayını azaldır

Rusiya silahlı qüvvələrinin baş qərargahı bildirib ki, bu ölkə Suriyadakı bəzi qüvvələrini geri çağırmağa hazırlaşır.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya silahlı qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin qərarı əsasında Rusiya Müdafiə Nazirliyi Suriyadakı qüvvələrini azaltmağa başlayıb. 

V.Gerasimov əlavə edib: Hələbin azad edilməsi əməliyyatı Suriyadakı toqquşmaların siyasi yolla həll edilməsinə şərait yaradıb. 

Rusiya qərara alıb ki, Suriyadakı hərbi təyyarələrinin sayını azaltmaq, Kuznetsov təyyarədaşıyan gəmi və Böyük Pyotr döyüş gəmisini habelə, köməkçi gəmiləri Suriya sahillərindən geri çağırmaq istəyir. 

Rusiyanın Suriyadakı hərbi qüvvələrinin baş komandanı Andrey Kartapulov bu gün cümə bildirib ki, ötən 2 ay ərzində Rusiya Hərbi Dəniz Donanmasının pilotları 420 uçuş həyata keçiriblər. Bu uçuşların 117-si gecə həyata keçirilib. Bu əməliyyatlar zamanı Suriyada terrorçulara aid 252 hədəf məhv edilib. 

Rusiyanın "Kuznetsov" təyyarədaşıyan gəmisi və onu müşayiət edən hərbi gəmilər o cümlədən Böyük Pyotr və Suromorsk döyüş gəmiləri habelə, Kulakov krayseri 8 noyabr 2016-cı il tarixindən Suriya sahillərində terrorçulara qarşı savaşda iştirak edirlər. 

Rusiya prezidenti ötən ilin dekabrında bildirdi ki, Rusiya Suriya dövləti və müxalif qruplar arasında əldə olunmuş atəşkəs razılaşmasına əsasən Suriyadakı hərbi qüvvələrinin sayını azaldacaq.