İŞİD terrorçularının Mosuldakı qeyri-insani hərəkətləri davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i254884-İŞİd_terrorçularının_mosuldakı_qeyri_insani_hərəkətləri_davam_edir
İraqın Neynəva vilayətində Səncar şəhərinin meri bildirib: İŞİD terrorçuları iyzədiləri oğurlamaqla Mosulda onlardan insan sipəri kimi istifadə etməyə çalışırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 08, 2017 08:34 Asia/Baku
  • İŞİD terrorçularının Mosuldakı qeyri-insani hərəkətləri davam edir
    İŞİD terrorçularının Mosuldakı qeyri-insani hərəkətləri davam edir

İraqın Neynəva vilayətində Səncar şəhərinin meri bildirib: İŞİD terrorçuları iyzədiləri oğurlamaqla Mosulda onlardan insan sipəri kimi istifadə etməyə çalışırlar.

İRİB-in məlumatına görə, Neynəva vilayətinin qərbində Səncar şəhərinin meri Məhma Xəlil deyib: İŞİD terror qruplaşması 1200 iyzədini oğurlayıb və onları Mosul şəhərinin mərkəzinə aparıb. 

Neynəva vilayətinin Səncar şəhəri 2014-cü ildən kürd peşmərgə qüvvələrinin geri çəkilməsindən sonra İŞİD-in işğalı altına düşdü və minlərlə iraqlı iyzədi İŞİD terror qruplaşması tərəfindən oğurlandı. 

Səncar şəhəri 2015-ci ilin 13 noyabrında peşmərgə qüvvələri və Səncar müdafiəçilərinin ortaq keçirdiyi əməliyyatda İŞİD-in işğalından azad olundu.