İraq qüvvələri Mosulun şərqində irəliləyirlər
İraq müştərək qüvvələri Mosulun şərqinin azad edilməsi əməliyyatının yekun etapına start veriblər, bu mərhələdə 150-dən çox İŞİD terrorçusu öldürülüb.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, İraqın hərbi əməliyyat komandanı bildirib ki, Mosulun şərq hissəsinin azad edilməsi əməliyyatının son mərhələsina artıq başlanılıb və İraqın terrorizm ilə mübarizə qüvvələri özlərini Diclə çayına çatdıra biliblər.
İraq qüvvələri həmçinin Mosulun cənub şərq və şərq sahilinin şimal hissəsi istiqamətində ərazilərin azad edilməsi üçün geniş əməliyyata start veriblər. Bu əməliyyat nəticəsində onlarla İŞİD terrorçusu öldürülüb və onların çoxlu miqdarda təchizatları eləcə də bombalı avtomobilləri məhv edilib.
İraqın anti-terror təşkilatının rəsmilərindən biri deyib: Terrorizm ilə mübarizə qüvvələri Mosulda bir neçə istiqamətdə irəliləməkdədirlər və indiyədək Əl-Bələdiyyat məhəlləsinin 70 faizi terrorçulardan təmizlənib.
İraqın anti-terror qüvvələrinin Diclə çayının iki sahilinə doğru irəliləyişi Mosulun azad edilməsi əməliyyatından ötən üç ay ərzində taktiki qələbə hesab olunur.
Eyni zamanda Əl-Ənbar vilayətində də İraqın müştərək qüvvələri həyata keçirdikləri əməliyyatlarda 60-dan çox terrorçunu öldürüblər.
Mosulun İŞİD-in işğalından azad edilməsi əməliyyatına 2016-cı il 17 oktyabrda İraqın baş naziri Heydər Əl-İbadinin fərmanı ilə altı istiqamətdən start verilib. İlk mərhələdə Mosulun 56 bölgəsindən 40-ı terrorçulardan təmizlənmişdir.