İraqın xalq qüvvələri himanitar yardımlarını davam etdirirlər
İraqın xalq səfərbər qüvvələri Mosulun qərbində azad olunmuş ərazilərdə əhaliyə humanitar yardımlarını və bölgədə təhlükəsizliyin təmini əməliyyatını davam etdirirlər.
Əl-İraqiyyə telekanalının verdiyi məlumata görə, İraq xalq səfərbər qüvvələri Mosulun qərb hissəsini İŞİD terrorçularının işğalından azad edərək didərginlərin ilkin ehtiyaclarının təmini, təhlükəsizliyin bərqərar olunması və bu ərazilərin terrorçuların hücumları qarşısında müdafiəsini davam etdirirlər.
İraqın xalq səfərbər qüvvələrinin komandanlarından biri bu barədə deyir: Xalq qüvvələri buraya xalqı xilas etmək üçün gəliblər.
Bu məlumata görə, Mosulun Əşşimri qəbiləsinin ağsaqqalı da İŞİD terrorçularının əhali arasında yaydıqları mənfi fikirlər barədə deyib: Xalq könüllüləri şərəfli insanlar olaraq İraqın dini mərcəiyyətinin əmrlərini yerinə yetirirlər.