Netanyahunun çıxışına qadağa qoyulub
-
Netanyahunun çıxışına qadağa qoyulub
Sionist rejim polisi bu rejimin baş nazirinin istintaq əməliiyyatına xələl gəlməsin deyə onun işğal olunmuş Fələstindən kənara səfərinə qadağa qoyub.
Əl-Əhd internet portalı dünən məlumatlı mənbələrə istinadla bildirib ki, sionist rejimin baş naziri Beynyamin Netanyahu Davusa səfərini ləğv edib. Bunun əsas səbəbi isə ondan ibarət olub ki, polis ona instintaq müddətində, qanuni prosesin əngəllənə biləcəyi ehtimalını nəzərə alaraq xaricə səfər edə bilməyəcəyini xatırladıb.
Sözü gedən portalın bildirdiyinə görə, Netanyahu işğal olunmuş Fələstindən kənara çıxmayacağına dair üzərinə öhdəlik götürüb ona görə ki, onun çıxışına qadağa və digər məhdudiyyətlər barədə höküm çıxarılması prosesinə məşğul olmaq istəmir.
İsrail polisi yanvarın 2-də Benyamin Netanyahunu korrupsiya ittihamı ilə dindirmişdir.
Netanyahu daxili və xarici iş adamlarından onlarla min dollar dəyərində olan hədiyyələr almaqda ittiham edilir.