Fələstinlilərin həbsi davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i255889-fələstinlilərin_həbsi_davam_edir
Sionist hərbçilər özlərinin gündəlik həbslərində Qüdsdə və qərb sahilinin müxtəlif məntəqələrində bir qrup fələstinlini həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 12, 2017 22:03 Asia/Baku
  • Fələstinlilərin həbsi davam edir

Sionist hərbçilər özlərinin gündəlik həbslərində Qüdsdə və qərb sahilinin müxtəlif məntəqələrində bir qrup fələstinlini həbs ediblər.

İntifazə xəbər portalının məlumatına görə, sionist rejim hərbçiləri bu gün səhər tezdən işğal olunmuş Qüdsdə yerləşən Bədv məntəqəsinə, eləcə də qərb sahilində yerləşən Beyt-Ləhm, Əlxəlil və Nablus şəhərlərinə basqın edərək, səkkiz fələstinlini həbs ediblər.

Sionist rejim hərbçiləri dünən gecə də Qüdsün Əlvad məntəqəsinə hücum edərək, üç fələstinlini həbs etmişdilər.

Sionist rejim hərbçiləri həmçinin çərşənbə günü Qüdsün şimal-şərqində yerləşən Şəəfat düşərgəsindəki bir müalicə mərkəzinə basqın edərək, iki fələstinli həkimi həbs ediblər.

Sionist hərbçilər hər gün fələstinliləri təqib edir və onlara hücum edərək, onları həbs edirlər.