Əl-Məzə aeroportunda silah-sursat anbarı hədəfə alınıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i255934-Əl_məzə_aeroportunda_silah_sursat_anbarı_hədəfə_alınıb
Sionist rejimin Suriya paytaxtı Dəməşqin yaxınlığında əl-Məzə hərbi aeroportuna qarşı hava hücumunda bu aeroportun silah-sursat anbarı hədəfə alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 13, 2017 08:24 Asia/Baku
  • Əl-Məzə aeroportunda silah-sursat anbarı hədəfə alınıb
    Əl-Məzə aeroportunda silah-sursat anbarı hədəfə alınıb

Sionist rejimin Suriya paytaxtı Dəməşqin yaxınlığında əl-Məzə hərbi aeroportuna qarşı hava hücumunda bu aeroportun silah-sursat anbarı hədəfə alınıb.

Əl-Məyadin televiziyasının verdiyi məlumata görə, Suriya ordusunun hərbi təbliğat qərargahı bildirib ki, İsrailin hərbi təyyarələri Dəməşqin qərbində əl-Məzə hərbi aeroportuna raket hücumu həyata keçirib. Bəyanatda deyilir ki, bu raketlər Təbəriya gölünün şimal bölgəsindən atılıb və hücumdan sonra əl-Məzə aeroportunun müxtəlif hissələrində yanğın baş verib. 

Əl-Məyadin əl-Məzə hərbi hava limanının daxilindəki məlumatlı mənbələr bildiriblər ki, bu hava hücumunda silah-sursat anbarı hədəfə alınıb və yanğınla nəticələnib. Bu hücumda bir neçə əsgər də yaralanıb.