Yan 14, 2017 11:49 Asia/Baku
  • Sionistlər Təl-Əviv əleyhinə yeni qətnamədən qorxur

Sionist rejimin BMT-dəki daimi nümayəndəsi Dani Danon deyib: Təl-Əviv Təhlükəsizlik Şurasının Fələstinə dəstək üzrə yeni qətnaməsindən nigarandır.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, məskunlaşdıram əməliyyatının davam etdirilməsinin pislənilməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinin təsdiqlənməsindən hiddətlənən sionist rejim bu dəfə qorxur ki, bazar günü Paris Sülh Beynəlxalq Konfransında bu rejim əleyhinə yeni qətnamə təsdiqlənsin. 

Dani Danon bir bəyanatda bildirib: Fələstin tərəfdarları İsrail əleyhinə başqa qətnamələr təsdiqləmək ardıncadır. 

Proqnozlara əsasən, 70-dən çox ölkə və beynəlxalq təşkilat Paris Sülh Beynəlxalq konfransında iştirak edəcək. Bu konfrans bazar günü Fransa paytaxtında və iki müstəqil dövlətin təşkili və İsrail-Fələstin çəkişməsinə son qoymaq məqsədilə keçiriləcək. 

Bu konfrans ABŞ-da Donald Trampın prezident kimi and içməsinə təkcə beş gün qaldığı bir vaxtda baş tutacaq. 

Digər tərəfdən gələn həftə çərşənbə axşamı günü BMT Təhlükəsizlik Şurası sionist rejim və Fələstinin münaqişəsi haqda araşdırma məqsədilə iclas keçirəcək. 

Məskunlaşdırma əleyhinə qətnamə Benyamin Netanyahunun müxtəlif tədbirlərdə ABŞ prezidenti Barak Obamanı suçlamasına səbəb olub: Vaşinqtonun İsrail əleyhinə bu qətnamənin tənzimlənməsində rolu olub. 

23 dekabrda 14 ölkənin lehinə və Amerikanın bitərəf səsi ilə təsdiqlənən Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsində Təl-Əvivdən işğal olunmuş Fələstin ərazilərində məskunlaşdırma əməliyyatına son qoyması istənilib. Bu qətnamə, 1967-ci ildən sionist rejim əleyhinə Təhlükəsizlik Şurasının ilk qətnaməsidir. 

Teqlər