Sionistlərin fələstinli düşərgəsinə hücumu
Sionist hərbçilər işğal olunmuş Qüdsün şimalındakı Qələndiyya məntəqəsində yerləşən didərginlər düşərgəsinə hücum ediblər.
Məa Nyus-un məlumatına görə, sionist hərbçilər dünən gecə buldozerlə, eləcə də rezin güllələr və gözyaşardıcı qazdan istifadə edərək, işğal olunmuş Qüdsün şimalında didərginlər düşərgəsinə hücum ediblər. Nəticədə fələstinlilərlə sionist hərbçilər arasında toqquşma baş verib.
Fələstinlilərlə sionist hərbçilər arasındakı toqquşmadan sonra sionistlər Fələstin Qırmızı Aypara Cəmiyətinin yardım maşınlarının Qələndiyya düşərgəsinə daxil olmasına mane olublar.
Sionistlər həm də bu toqquşmalar nəticəsində yanan avtomobillərin söndürülməsi üçün gələn yanğınsöndürmə maşınlarının yolunu bağlayıblar.
Fələstin Statistika Mərkəzi bundan öncə bildirmişdi ki, işğal olunmuş ərazilərdə və xaricdə 4 milyon 120 min fələstinli didərgin mövcuddur.