Yan 20, 2017 12:42 Asia/Baku
  • Hələbdə kütləvi qəbir aşkarlanıb
    Hələbdə kütləvi qəbir aşkarlanıb

Suriyanın BMT-dəki daimi nümayəndəsinin müavini bu ölkənin Hələb şəhərində suriyalılara aid kütləvi bir qəbrin aşkarlanmasından xəbər verib.

Əlaləm-in məlumatına görə, Suriyanın BMT-dəki daimi nümayəndəsinin müavini Munzər Munzər bu təşkilatın rəsmilərinə ünvanladığı məktubda Suriya ordusunun 23 əsgərinin cəsədinin üzə çıxdığı Hələbin Sukri məhəlləsində yerləşən bir məktəbdə kütləvi bir qəbrin aşkarlanmasından xəbər verib.

Munzər Munzər əlavə edib: Bu qəbrin aşkarlandığı məktəb Fəcrulislam adlı qruplaşma tərəfindən istifadə olunurmuş ki, bəzi ölkələr bu qruplaşmanı mötədil müxaliflərdən hesab edirlər və onları logistik və maliyyə cəhətdən himayə edirlər.

Bu suriyalı rəsmi sonra deyib: Bu qəbirdə daha 37 nəfərin cəsədi aşkarlanıbdır ki, onların kimliklərinin təyin olunması etapları həyata keçirilməkdədir.

Bu məlumata görə, öldürülənlərin bir çoxu baş kəsilməsi və ya kəllə sümüyünə güllənin dəyməsilə ölübdür və bəziləri də işgəncə altında həyatını itiribdir.

Belə bir halda, Hələbin cənub-qərb məntəqəsində yerləşmiş terror qrupları bu gün Bab Cənin və Bab Əntakiyyə yaşayış massivlərini bir neçə raketlə atəşə tutublar. Nəticədə iki nəfər ölüb və həmin məntəqədəki evlərə və əhalinin əmlakına xəsarətlər dəyibdir.

Teqlər