İŞİD Neynəvada gücünü itirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i257754-İŞİd_neynəvada_gücünü_itirib
İraqın xalq səfərbər qüvvələrinin sözçüsü terrorçu İŞİD qrupunun Neynəva vilayətində öz gücünü itirməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 26, 2017 10:29 Asia/Baku
  • İŞİD Neynəvada gücünü itirib

İraqın xalq səfərbər qüvvələrinin sözçüsü terrorçu İŞİD qrupunun Neynəva vilayətində öz gücünü itirməsindən xəbər verib.

İRİB-in verdiyi məlumata görə, İraqın xalq səfərbər qüvvələrinin sözçüsü Əhməd Əl-Əsədi bu gün İraqın xalq səfərbər qüvvələrinin Neynəva vilayətinin azad edilməsi əməliyyatında iştirakından xəbər verərək deyib: Mosulun şərqinin terrorçu İŞİD qrupunun işğalından azad edilməsi bu qrupun öz gücünü kəskin şəkildə itirməsinə səbəb olub. 

Əhməd Əl-Əsədi deyib: İraqın xalq səfərbər qüvvələri qarşıdakı döyüşlərdə İraqın Federal Polis , terrorizm ilə mübarizə qüvvələri eləcə də, İraq ordusunun 9-cu və 11-ci qoşunları ilə birlikdə müxtəlif istiqamətlərdə əməliyyatlara daxil olacaq. 

Əl-Əsədi deyib: Bir neçə günədək Mosulun qərb hissəsində əməliyyatlara start veriləcək. 

Mosulun şərq hissəsi son günlər İŞİD terrorçularının işğalından azad edildi.