Yan 29, 2017 18:04 Asia/Baku
  • Hələbin şərqində iki qəsəbə azad olunub
    Hələbin şərqində iki qəsəbə azad olunub

Suriya ordusu Hələbin şərqində irəliləyərək Əl-Şeyxdən və əl-Müşrifə qəsəbələrini İŞİD terrorçularının işğalından azad ediblər.

İRNA-nın məlumatına görə, Suriya ordusu qüvvələri Hələbin şərqində İŞİD terrorçuları ilə savaşda çoxlu sayda terrorçunu öldürüb və yaralayıblar. 

Suriya ordusu şənbə günü də Eynül-Cəhiş istiqamətini təmizləyiblər. Bu əməliyyatla Əlbab şəhərinin sonuncu müdaxiə xətti olan Tadif qəsəbəsinə bir addım qalmışdır. 

Suriya orsusu son günlərdə 23 qəsəbə, kənd, təpə və əkin sahəsini İŞİD terrorçularından təmizləyiblər. 

Suriya ordusunun irəliləməsi hava və ağır artilleriya dəstəyi ilə həyata keçirilib. 

Teqlər