Knessetdə azan qadağası yenidən araşdırılır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i258939-knessetdə_azan_qadağası_yenidən_araşdırılır
Sionist rejimin Knessetdəki komitəsi işğal olunmuş ərazilərdə azanın yayımının qadağan edilməsi və qəsəbələrin formalaşdırılmasını araşdırır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 05, 2017 15:24 Asia/Baku
  • Knessetdə azan qadağası yenidən araşdırılır
    Knessetdə azan qadağası yenidən araşdırılır

Sionist rejimin Knessetdəki komitəsi işğal olunmuş ərazilərdə azanın yayımının qadağan edilməsi və qəsəbələrin formalaşdırılmasını araşdırır.

İRNA-nın məlumatına görə, sionist rejim parlamenti Knesset nümayəndələri bu gün səsgücləndiricilərdən azanın yayımı qadağası qanunu araşdırırlar. Halbuki şənbə günü hörmət nişanəsi olaraq səsləndirilən yəhudi zəngləri bu qanundan istisna olunub.

İki ay öncə sionist rejim Knessetində səsgücləndiricilərdən azanın yayımı qadağası qanununun təsdiqlənməsi qərara alındığı zaman, sionist rejimin 10-cu televiziyası bildirdi ki, bu qanun ilkin mətnində problemlər mövcud olduğuna görə təsdiqlənməyib.

İşğal olunmuş Qüds şəhərinin müsəlman sakinləri bir müddət öncə azanın qadağası ilə bağlı qanunun ilkin mətninə etiraz olaraq öz mənzillərinin üzərinə çıxaraq kollektiv şəkildə azan vermişdilər.