Xəlbirə dönən "Dəmir Qübbə"
-
Xəlbirə dönən "Dəmir Qübbə"
İsrailin "Dəmir Qübbə" adlı raket müdafiə sistemi raket hücumları qarşısında yararsızdır. Amma, İsrail başçıları bunu etiraf etməkdən çəkinirlər.
Ərəbistanda çıxan Əl-Vətən qəzeti silahlı qruplaşmalar Sinadan işğal edilmiş ərazilərin cənubunda yerləşən İlat məntəqəsinə tərəf raket atmalarına işarə edərək, yazır: İsrail başçıları öz bəyanatları ilə ümumi fikri aldatmağa və bu yolla "Dəmir Qübbə" sistemində mövcud olan nöqsanlarla bağlı tənqidlərdən boyun qaçırmağa çalışırlar.
Bu məlumata görə, İsrail ordusunun sözçüsü Avixay Edri bu raketin atılmasının ardınca bildirib ki, Dəmir Qübbə atılan 7 raketdən 3-nü izləməyə nail olub. Amma, bu açıqlamada digər raketlərin taleyinə işarə edilməyib.
Əl-Vətən qəzeti sonra yazır: Qərb mənbələri Dəmir Qübbə raket sisteminin nöqsanları o cümlədən primitiv raketlər qarşısında aciz qalmasını və aşağı hündürlükdən uçan raketləri izləyə bilməməsini tənqid edirlər.
İsrail ordusu 2015-ci ildə bildirdi ki, müqavimət qüvvələri tərəfindən atılan 3360 raketin yalnız 580-i Dəmir Qübbə tərəfindən məhv edilib. Qalan raketlər isə hədəfə dəyib.