Fev 19, 2017 10:59 Asia/Baku
  • Oun: İsrailin istənilən hərəkəti Livanın qətiyyətli cavabı ilə üzləşəcək

Livan prezidenti deyib: Sionist rejim tərəfindən Livanın hakimiyyətinə zərbə vurmaq üzrə istənilən səy münasib reaksiya ilə üzləşəcək.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, Livan prezidenti Mişel Oun şənbə günü livanlı şəxsiyyətlərlə görüşündə deyib: İsrailin BMT-yə məktubu Livan ühüç təhdid hesab olunur. İsrailin başqalarının önləyiciliyi olmadan düşmənçilik siyasətlərini qarşısına məqsəd qoyduğu dövr sona çatıb və artıq bu dövr qayıtmayacaq. 

Livan prezidenti əlavə edib: Hamıdan öncə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə sadiq qalmalı olan İsraildir. Sionist rejim 1701 saylı qətnamənin tətbiq olnmasından illərin keçməsinə baxmayaraq, hələ də onu icra etməkdən və öz təcavüzkarlıq hərəkətlərini dayandırmaq mərhələsinə keçməkdən boyun qaçırır. 

Mişel Oun bildirib: Livan ərazisinin bir hissəsini, əl-Fəcr şəhərciyi, Şəba əkin sahələri və Kəfər Şuba təpələrini işğal edən sionist rejimdir və dəniz və hava zolağında Livanın ərazi bütövlüyünü pozur. Lakin İsrailin Livana qarşı düşmənçilik siyasətləri dövrü sona çatıb. 

Cümə günü sionist rejimin Nazirlik Kabinetinin üzvlərindən biri Təl-Əvivin Hizbullahın Dimona nüvə obyektlərinə dəhşətli hücumundan qorxmasına reaksiyada Livanı bütün infrastrukturlarını məhv etməklə hədələyib. 

2006-cı ildə İsrail rejiminin Livana qarşı 33 günlük müharibəsindən sonra Təhlükəsizlik Şurasında 1701 saylı qətnamə təsdiqləndi. Bu qətnamə sionist rejimin Livana qarşı düşmənçilik hərəkətlərdən əl çəkməsini tələb edir. Lakin bu rejim bu qətnaməyə etina etmədən Livanın quru, hava və dənizdən ərazi bütövlüyünü həmişə pozur. 

Teqlər