Mosulun cənubu və qərbində təqribən 15 kənd və qəsəbə azad edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i260372-mosulun_cənubu_və_qərbində_təqribən_15_kənd_və_qəsəbə_azad_edilib
İraqın silahlı qüvvələri Mosulun qərbinin azad edilməsi əməliyyatının davamında əməliyyat məntəqəsi, eləcə də cənub və qərb məntəqələrində təqribən 15 kənd və qəsəbəni geri alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 20, 2017 07:52 Asia/Baku
  • 
Mosulun cənubu və qərbində təqribən 15 kənd və qəsəbə azad edilib
    Mosulun cənubu və qərbində təqribən 15 kənd və qəsəbə azad edilib

İraqın silahlı qüvvələri Mosulun qərbinin azad edilməsi əməliyyatının davamında əməliyyat məntəqəsi, eləcə də cənub və qərb məntəqələrində təqribən 15 kənd və qəsəbəni geri alıblar.

Əlaləm telekanalının məlumatına görə, əməliyyat komandanı Əbdulamir Rəşid Yarallah deyib ki, xalq səfərbər qüvvələri tərəfindən dəstəklənən ordu və federal polis qüvvələri Mosulun qərbində bir neçə kəndi azad etməyə müvəffəq olublar.

Mosulun qərbinin İŞİD terror qrupunun əlindən azad edilməsi əməliyyatının başlanması fərmanının verilməsilə iraqlı qüvvələrin artilleriyası fəal olub. İraqlı qüvvələrin bu məntəqələrdə İŞİD terrorçuları ilə apardıqları ağır döyüşlərdə terrorçular nəzərəçarpacaq miqdarda insan qüvvəsi və silah itiriblər.