Fev 21, 2017 20:58 Asia/Baku
  • İraq XİN Çavuşoğlunun açıqlamasına reaksiya verdi
    İraq XİN Çavuşoğlunun açıqlamasına reaksiya verdi

İraq Xarici İşlər Nazirliyi Türkiyə xarici işlər nazirinin İranın İraqda şiəliyi genişləndirməsi haqda açıqlamasını rədd edib və belə açıqlamaları qeyri-məntiqi adlandırıb.

İSNA-nın məlumatına görə, İraq XİN sözçüsü Əhməd Cavaml bir bəyanatda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun açıqlamasını İraq reallığını və bu ölkədə terrorizmlə qarşılaşmanı dəyərləndirməkdə tayfaçılıq və dardüşüncəliyin nişanəsi adlandırıb. 

Türkiyə prezidenti və xarici işlər naziri əsassız iddialarda və İran əleyhinə açıqlamalarda Tehranı region ölkələrinin məsələlərinə müdaxilədə və regionun de-stabilliyində suçlayıblar.

Teqlər