Mahmud Abbas: Terrorizm və onun ehtiyatları qarşısında dayanmaq lazımdır
-
Mahmud Abbas: Terrorizm və onun ehtiyatları qarşısında dayanmaq lazımdır
Fələstin Özünüidarə Təşkilatının sədri cümə axşamı günü Livan prezidenti Mişel Ounla müştərək mətbuat konfransında deyib: Terrorizm və onun ehtiyatları qarşısında dayanmaq lazımdır.
İRNA-nın məlumatına görə, Mahmud Abbas xatırladıb: Livan prezidenti ilə müştərək işlər haqda, Fələstinin son prosesləri və bəzi regional və beynəlxalq məsələlər haqda danışıqlar və fikir mübadiləsi aparılıb.
Mahmud Abbas İsrailin hələ də öz işğalçılığını davam etdirdiyini deyib: Fələstin Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinin icrası üçün siyasi və diplomatik yollarla çalışır və Fələstin ərazilərini müsadirə etməyi qanuniləşdirmək üzrə İsrail parlamenti Knessetin son qərarı və məskunlaşdırma siyasəti qarşısında dayanır.
Fələstin Özünüidarə Təşkilatının sədri fələstinli miqrantları qəbul etdiyinə görə Livan dövləti və xalqını alqışlayıb: Livanlıların fələstinli miqrantlara ev sahibliyini ən yaxşı formada davam etdirəcəklərinə inanıram.
Livanda 12 düşərgədə təxminən yarım milyon fələstinli didərgin yaşayır.
Mahmud Abbas cümə axşamı günü Livan prezidentinin rəsmi dəvəti ilə Beyruta səfər edib.