Fev 24, 2017 17:14 Asia/Baku
  • Suriyanın şimalında bir qrup sivil həlak olub
    Suriyanın şimalında bir qrup sivil həlak olub

Suriyanın Hələb vilayətinin şimal kəndlərindən birində bomba quraşdırılmış yük maşınının partladılması nəticəsində bir qrup sivil həlak olub və yaralanıb.

İRNA-nın məlumatına görə. yerli medialar bildiriblər: Bir terrorçu Susyan kəndində bomba quraşdırılmış yük maşınını partladıb. 

Hadisədə indiyə qədər 30 suriyalı həlak olub, onlarla nəfər də yaralanıb. 

Cümə axşamı günü də terrorçular paytaxt Dəməşqin şərqində Zahiyə Hərəsta məhəlləsinə minaatanla atəş açıblar. Nəticədə 5 sivil həlak olub, 10 nəfər də yaralanıb. 

Suriyada böhran bu ölkənin qanuni hökumətini devirmək məqsədilə 2011-ci ildən Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqləri, o cümlədən Türkiyənin dəstəklədiyi terror qruplaşmalarının hücumları ilə başlanıb. 

Teqlər