Əl-İbadi Suriyada İŞİD mövqelərinə hücum haqda əmr verdi
-
Əl-İbadi Suriyada İŞİD mövqelərinə hücum haqda əmr verdi
İraq baş naziri bu ölkənin Hərbi Hava Qüvvələrinə Suriya daxilində İŞİD terror qruplaşmasının mövqelərinə hücum etmək əmri verib.
İRNA-nın məlumatına görə, İraq baş naziri Heydər əl-İbadi bu gün bir bəyanatda bildirib: Biz övladlarımız və vətəndaşlarımızın qırğın edilməsinin səbəbkarı olan terrorçuları izləməkdə qəti qərarlıyıq. Buna görə, Hərbi Hava Qüvvələrinə Suriya ərazisində Həsibə və Əlbukamalda İŞİD qruplaşmasının mövqelərinə hücum etmək əmri verildi. Çünki bu iki bölgədə terrorçular son Bağdad partlayışlarının səbəbkarı olmuşlar.
İraq baş nazirinin bu əmri ilə yanaşı qeyd edək ki, İraq qüvvələri Mosulun qərb hissəsinin mərkəzinə doğru irəliləyərək Həyy əl-Təyran və Həyy əl-Məmun bölgələrinə daxil olub və Tələfərin şərqində Təll əl-Zəlt kəndini azad ediblər.
Heydər əl-İbadi ötən gün də Mosulun qərbinin İŞİD-in işğalından azad edilməsinin önəmli əməliyyat olduğunu deyib: Mosulun qərbinin azad olunması əməliyyatı mövcud problemlərə rəğmən sürətlə irəliləyir.