Fev 25, 2017 10:16 Asia/Baku
  • Mosulun qərbində üç kənd azad edilib
    Mosulun qərbində üç kənd azad edilib

İraqın xalq səfərbər qüvvələri cümə günü Mosuldan qərbdə yerləşən Tələfər şəhərinin ətrafındakı üç kəndi azad ediblər.

IRIB-nin məlumatına görə, İraqın xalq səfərbər qüvvələrinin sözçüsü Kərim Əlnuri deyib: İraqın xalq qüvvələri Tələfər şəhəri ətrafındakı Əlməhləbiyyə məntəqəsində İŞİD-in mövqelərinə qarşı birgə hərbi əməliyyatda Ummulməssəbd və Əlzeytun kəndlərini azad edə biliblər.

Əlnuri əlavə edib: Bu əməliyyatda İraqın xalq qüvvələri İŞİD-in həmin məntəqədəki komandanı Əbi Ədnan Əlhac daxil olmaqla bu terror qrupu ünsürlərindən azı 52 nəfəri öldürüblər.

Belə bir halda, İraq ordusunun baş komandanlarından olan Səmir Davud Əlmohsin deyib: İraqın xalq qüvvələri cümə günü Tələfərin şərqində yerləşən Təl-Əlzəlt kəndini İŞİD-in işğalından azad edə biliblər. 

İraqın ordusu və xalq qüvvələri 2016-cı ilin oktyabrından Mosulun İŞİD-in işğalından azad edilməsi əməliyyatına başlayıblar və bu şəhərin şərq hissəsini azad edərək, diqqətəlayiq irəliləyişlərə nail olublar.

Neynəva vilayəti və Mosul şəhərinin azad edilməsi əməliyyatından öncə İraqın ordusu və xalq qüvvələri bu ölkənin qərbindəki Ələnbar vilayətində yerləşən strateji məntəqələri İŞİD terrorçularının işğalından azad edə bilmişdilər.

İŞİD terror qrupu 2014-cü ilin iyunundan İraqın bəzi məntəqələrini işğal edərək, bu ölkədə əmin-amansızlığa bais olubdur.

Teqlər