Qərbin növbəti uğursuzluğu; BMT TŞ-də Suriya əleyhinə qətnamə qəbul edilmədi
-
Qərbin növbəti uğursuzluğu; BMT TŞ-də Suriya əleyhinə qətnamə qəbul edilmədi
Rusiya və Çin BMT TŞ-nin Suriya əleyhinə olan qətnaməsini veto etdilər.
Rusiya və Çin Təhlükəsizlik Şurasının Suriya dövlətinə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı qətnaməsini veto edərək, 6-cı dəfə olaraq TŞ-də Suriyanın xeyrinə öz veto haqlarından istifadə etmiş oldular.
Çərşənbə axşamı Təhlükəsizlik Şurasında Suriya dövlətinə qarşı sanksiyalarla bağlı təklif edilən qətnamə layihəsi haqda keçirilən səsvermədə TŞ-yə üzv 9 ölkə qətnamənin lehinə səs verib. Efiopiya, Misir və Qazaxıstan bitərəf səs verib. Boliviya isə bu qətnamənin əleyhinə səs verib.
Suriyanın BMT-dəki nümayəndəsinin əvəzedicisi Suriyaya qarşı sanksiyaların tətbiq edilməsi qətnaməsinin veto edilməsindən öncə çıxış edərək, bildirib ki, Suriyanı cəzalandırmaq istəyən ölkələr İsrailin nüvə cəbbəxanasını himayə edirlər.
O, daha sonra Suriyanın cəzalandırılması məqsədi ilə irəli sürülən qətnamədə Dəməşqin kimyəvi silahlardan istifadə etməkdə günahlandırılmasına işarə edərək, deyib: Suriyanı müqəssir qələmə vermək üçün sadəcə şifahi açıqlamalara istinad edilib və hansısa fakt təqdim edilməyib.