Sionist rejim bu rejimi boykot edənləri işğal olunmuş Fələstinə buraxmır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i261756-sionist_rejim_bu_rejimi_boykot_edənləri_işğal_olunmuş_fələstinə_buraxmır
Sionist rejimə boykot ümumdünya hərəkatının geniş vüsət almasının ardınca bu rejimin palamenti boykota çağırış edənlərin işğal olunmuş Fələstinə buraxılmamalarına dair bir qanun qəbul edərək, boykot çağırışının İsrailə qarşı yeni müharibə cəbhəsi olduğunu bildirib, onunla qarşılaşmağa çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 07, 2017 06:57 Asia/Baku
  • Sionist rejim bu rejimi boykot edənləri işğal olunmuş Fələstinə buraxmır
    Sionist rejim bu rejimi boykot edənləri işğal olunmuş Fələstinə buraxmır

Sionist rejimə boykot ümumdünya hərəkatının geniş vüsət almasının ardınca bu rejimin palamenti boykota çağırış edənlərin işğal olunmuş Fələstinə buraxılmamalarına dair bir qanun qəbul edərək, boykot çağırışının İsrailə qarşı yeni müharibə cəbhəsi olduğunu bildirib, onunla qarşılaşmağa çağırıb.

İRNA-nın verdiyi məlumata görə, sionist rejim parlamentinin qəbul etdiyi qərara görə, işğal olunmuş ərazilərdə vətəndaşlığa malik olanlardan başqa, İsrailə boykotu dəstəkləyən şəxs və qruplara viza verilməsi qadağan edilir. 

Öncə də sionist rejimin daxili təhlükəsizlik naziri Gilad Erdan ümmundünya İsrailə boykot hərəkatına dəstək verən şəxs və qrupların sionist rejimin iqtisadi layihələrindən və maliyyə imtiyazlarından məhrum edilmələrini istəmişdi. 

İsraili baykot adlı ümumdünya hərəkat məzlum Fələstin xalqına dəstək məqsədi ilə, dünya səviyyəsində şirkətlər, universitetlər və əsas müəssisələri sionist rejimi və bu rejimin işğalçı siyasətləri ilə əlaqədə olan təşkilatları boykot etməyə çağırır.