Sionist rejim HƏMAS-ın hərbi gücünü etiraf edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i262048-sionist_rejim_hƏmas_ın_hərbi_gücünü_etiraf_edib
sionist rejimin hava qoşunlarının komandanı deyib: HƏMAS hərəkatının hərbi qolu olan İzzəddin Qəssam batalyonları eyni zamanda 100 ədəd raketlə İsrailin hərbi mərkəzlərini hədəfə almağa qadirdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 09, 2017 14:47 Asia/Baku
  • Sionist rejim HƏMAS-ın hərbi gücünü etiraf edib
    Sionist rejim HƏMAS-ın hərbi gücünü etiraf edib

sionist rejimin hava qoşunlarının komandanı deyib: HƏMAS hərəkatının hərbi qolu olan İzzəddin Qəssam batalyonları eyni zamanda 100 ədəd raketlə İsrailin hərbi mərkəzlərini hədəfə almağa qadirdir.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, sionist rejimin hava qoşunlarının komandanı Zvika Yaşamoviç deyib: Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS özünün raket qabiliyyətini gücləndirib və hər gün yeni raket sınaqları keçirməkdədir. 

Sionist rejimin havva qüvvələrinin komandanı deyib: Qəssam batalyonlarının raket sisteminin keyfiyyətinin yüksəldilməsi ilə, İsrail ordusu gələcəkdə HƏMAS hərəkatı tərəfindən raket hədəfinə çevriləcək. 

Öncə də sionist rejim başçıları İzzəddin Qəəssam batalyonlarının Hovercraft hava sisteminin Qəzzə zolağı ilə sionist sakinli qəsəbələr arasındakı sərhədlərdə yerləşdirilməsindən nigaran qaldıqlarını bildirmişdilər. 

Sionist rejim 2014-cü ildə Qəzzəyə qarşı 50 günlük müharibədə öz məqsədlərinə nail ola bilmədi və Qəzzədən geri çəkilməli oldu.