Netanyahu bir daha sionist qəsəbəsalmanı vurğulayıb
Sionist rejimin baş naziri Benyamin Netanyahu dünən gecə vurğulayıb ki, qərb sahilində yeni sionist qəsəbələrin salınması üzrə vədinə əməl edəcək.
IRNA-nın məlumatına görə, Netanyahu ABŞ prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Ceyson Qrinblatt ilə ikinci görüşündən öncə qeyd edib ki, sionist qəsəbələrin gələcəyi haqda Vaşinqton ilə razılığa gələcəyinə ümidvardır.
Netanyahu və Qrinblatt beş saat uzanmış bazar ertəsi günkü ilk görüşlərində onların təhlükəsizlik və sülhün bərqərarı adlandırdıqları məsələdən ötrü yeni sionist qəsəbələrin salınması mövzusunu araşdırıblar.
Trampın Ağ Evə daxil olması ilə sionist rejim başçılarının həyasızlıqları bir neçə qat artıb. Onlar sionist qəsəbələrin salınmasının dayandırılmasına dair BMT Təhlükəsizlik Şurasının son qətnamələrinə rəğmən, fələstinlilərin ərazilərində bu tipli qəsəbələrin salınması üçün hər gün yeni layihələr qəbul edirlər.
Sionist rejimin baş naziri daim Donald Trampı bu rejimin güclü himayədarı adlandırır.
Tramp seçki rəqabətlərində, həmçinin ABŞ prezident seçkilərində qalib gəldikdən sonra sionist rejimin baş naziri Benyamin Netanyahuya Vaşinqtonun sionist rejimə olan həmişəki və hərtərəfli himayələrindən əlavə, vəd veribdir ki, ABŞ-ın Təl-Əvivdəki səfirliyini işğal olunmuş Qüdsə köçürəcək.