Fələstin Xarici İşlər Nazirliyi dünya ictimaiyyətinin Qüdslə bağlı laqeydliyini qınadı
-
Fələstin Xarici İşlər Nazirliyi dünya ictimaiyyətinin Qüdslə bağlı laqeydliyini qınadı
Fələstinin Xarici İşlər Nazirliyi yəhudilərin "Fəsəh" bayramı ərəfəsində İsrail rejiminin Qüds və Qəzzə ilə sərhəd məntəqələrdə təhlükəsizlik tədbirlərini xeyli artırması qarşısında dünya ictimaiyyətinin sükut etməsi və laqeyd münasibət sərgiləməsini tənqid edib və bildirib: Beygül-Müqəddəs hərbi bir bazaya çevrilib.
Şərqül Əvsət xəbər agentliyinin verdiyi məlumata görə, Fələstinin Xarici İşlər Nazirliyi bazar ertəsi günü bir bəyanat yayıb. Bəyanatda deyilir: Fələstinlilər indi işğalçı rejimin aqressiv davranışlarının və sionistlərin təhrik edici rəftarlarının qurbanına çevriliblər.
Bəyanatda bildirilir ki, sionistlər əsaslandırılması mümkün olmayan bir hərəkətdə fələstinli düşərgələr, şəhərlər və kəndlərin bütün girişlərini bağlamaq, Beytül-Müqəddəsdə yoxlama-buraxılış məntəqələrinin təşkil edilməsi ilə fələstinliləri bu şəhərdən çıxartmaq və sionist qəsəbə sakinlərinin Ələqsa məscidinə yürüş etmələrinə şərait yaratmaqla fələstinlilərə qarşı təzyiqləri daha da artırıblar.
Fələstinin Xarici İşlər Nazirliyi əlavə edib: Fələstinlilərə qarşı bu cəza tədbirləri İsrail rejiminin Beytül-Müqəddəsdə işğalçılıq siyasəti yürütməsinin nişanəsidir. Belə ki, Fələstinin yəhudiləşdirilməsi məqsədi ilə Qüdsün fələstinli mahiyyətinin silinməsinə cəhd göstərilir.
İsrail başçıları yəhudilərin "Fəsəh" bayramının gəlib çatmasını bəhanə edərək, bütün Fələstin ərazilərində təhlükəsizlik zolağı yaradıblar. Sionistlərin bu hərəkəti fələstinlilərin həyatını ciddi təsir altına alıb.