Suriyadakı silahlı qruplaşmalar kimyəvi silahdan istifadəni planlaşdırırlar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i265428-suriyadakı_silahlı_qruplaşmalar_kimyəvi_silahdan_istifadəni_planlaşdırırlar
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının əməliyyat komandanı Sergey Rudskoy deyib: Suriyadakı qiyamçılar və silahlı müxaliflər kimyəvi silahdan istifadəyə hazırlaşırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 12, 2017 05:22 Asia/Baku
  • Suriyadakı silahlı qruplaşmalar kimyəvi silahdan istifadəni planlaşdırırlar
    Suriyadakı silahlı qruplaşmalar kimyəvi silahdan istifadəni planlaşdırırlar

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının əməliyyat komandanı Sergey Rudskoy deyib: Suriyadakı qiyamçılar və silahlı müxaliflər kimyəvi silahdan istifadəyə hazırlaşırlar.

APTN informasiya kanalının verdiyi məlumata görə, Sergey Rudskoy çərşənbə axşamı Moskvada deyib: Rusiyanın əldə etdiyi etibarlı məlumatlara əsasən Suriyadakı silahlı müxaliflər hal hazırda Xan Şeyxun, Cərah hava limanı, Hələbin qərb hissəsi və Şərqi Ğutəyə zəhərli kimyəvi maddələrin köçürülməsi ilə məşğuldurlar. 

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat komandanı əlavə edib: Qiyamçılar və silahlı müxaliflər Suriya dövlətinin kimyəvi silahdan istifadədə ittiham edilməsi və ABŞ-ın Suriyaya qarşı hücumlarını təkrarlamasına şəraitin yaradılması üçün yeni bəhanələr ardıncadırlar. 

ABŞ hökuməti Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsi bəhanəsi ilə cümə günü Suriyanın Şəirat hava bazasını 59 ədəd raket ilə hədəfə alıb. 

Beynəlxalq Amnistiya Təşkilatının baş katibi Salil Şeti Suriyaya raket zərbələrinin endirilməsi üzrə ABŞ-ın özbaşınalığını tənqid edib və Xan Şeyxunda kimyəvi silahdan istifadə ilə bağlı araşdırmaların aparılmasını istəyib.