Kimyəvi silahların qadağanı üzrə təşkilatın Suriyada təhqiqat aparması istənilib
Rusiya və Suriya kimyəvi silahların qadağanı üzrə təşkilatın İdlibdə yerləşən "Xan Şiyxun" məntəqəsində baş vermiş hadisə barədə təhqiqat aparmasını istəyiblər.
IRNA-nın məlumatına görə, Suriya hökuməti BMT-yə və kimyəvi silahların qadağanı üzrə təşkilata məktub göndərərək, "Xan Şiyxun" hadisəsi məkanına, eləcə də Şuəyrat aviabazasına müfəttişlərin göndərilməsini istəyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da deyib ki, Moskva İdlibdə yerləşən "Xan Şiyxun" məntəqəsində baş vermiş hadisə barədə təhqiqatın aparılmasını dəstəkləyir və kimyəvi silahların qadağanı üzrə təşkilatın belə təhqiqat aparmağa yetərincə ixtiyarı var.
Aprelin 4-də İdlibin cənubunda yerləşən "Xan Şiyxun" məntəqəsinə qarşı şübhəli kimyəvi hücumda 100 nəfərdən çox insan həlak oldu və təqribən 400 nəfər də yaralandı.
Suriya hökumətinin 2014-cü ildə öz kimyəvi silahlarını BMT-nin və kimyəvi silahların qadağanı üzrə təşkilatın nümayəndələrinə təhvil verməsinə rəğmən, ABŞ Suriya hökumətinin Xan Şiyxun" məntəqəsinə qarşı kimyəvi hücumda əlinin olması bəhanəsilə aprelin 7-si səhər tezdən Suriya ərazisinə 59 raket atdı.
Bu hücum Amerikanın hərbi seçimə söykənərək, Suriyanın hökumət quruluşunu dəyişdirməyə səy göstərməsi ehtimalını formalaşdırdı.