Sionistlər saziş müzakirələrinin nəticəsiz olduğunu etiraf ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i269372-sionistlər_saziş_müzakirələrinin_nəticəsiz_olduğunu_etiraf_ediblər
Sionist rejimin dırnağarası ədliyyə naziri saziş müzakirələrinin nəticəsiz olduğunu və İsrail ilə fələstinlilər arasında yarığın böyük olduğunu etiraf edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 16, 2017 11:17 Asia/Baku
  • Sionistlər saziş müzakirələrinin nəticəsiz olduğunu etiraf ediblər
    Sionistlər saziş müzakirələrinin nəticəsiz olduğunu etiraf ediblər

Sionist rejimin dırnağarası ədliyyə naziri saziş müzakirələrinin nəticəsiz olduğunu və İsrail ilə fələstinlilər arasında yarığın böyük olduğunu etiraf edib.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, İlit Şakid deyib: Fələstinlilərlə İsrail arasında ixtilaf çoxdur və onlarla sülh razılığına gəlmək olmaz. 

Bu ifratçı sionist nazir ABŞ prezidenti Donald Trampın işğal olunmuş Fələstinə səfəri ərəfəsində deyib: İsrailin baş naziri Benyamin Netanyahu Trampa Fələstin ölkəsinin heç vaxt yaradılmayacağını və regionda iqtisadi saziş üçün ərəb ölkələrinin iştirakından faydalanmağın lazımlığını deməlidir. 

Fələstin muxtariyyəti ilə sionit rejim arasında saziş müzakirələri 2014-cü ildə bu rejimin sionist qəsəbələr inşasını dayandırmaqdan və fələstinli əsirləri azad etməkdən boyun qaçırmasının ardınca dayandırıldı.