Rusiya ABŞ-ın Suriyaya qarşı hücumunun detalları barədə təhqiqat aparır
-
Rusiya ABŞ-ın Suriyaya qarşı hücumunun detalları barədə təhqiqat aparır
Rusiyanın xarici işlər naziri bu ölkənin ABŞ-ın Suriyaya qarşı hücumunun detalları barədə təhqiqat aparmağa başlamasından xəbər verib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən axşam amerikan təyyarələrin Suriya ordusunun mövqelərinə qarşı hücumunu məzəmmət edərək bildirib ki, bu hücumun detalları barədə təhqiqat başlanıbdır.
ABŞ təyyarələri Suriya ordusunun bu ölkənin İordaniya ilə sərhədi yaxınlığındakı mövqelərini hücuma məruz qoyublar ki, nəticədə bir qrup mülki daxil olmaqla onlarla nəfər ölüb və yaralanıbdır.
Rusiyanın xarici işlər naziri vurğulayıb ki, Amerika ordusu bu hava hücumu üçün hər bir səbəb elan etmiş olsa da bu hərəkət qanunsuz hərəkət sayılır.
Rusiya Təhlükəsizlik Şurasının üzvləri də öz növbələrində bildiriblər ki, ABŞ-ın suriyalı qüvvələrin mövqelərinə qarşı hava hücumları Suriya böhranının həllini və bu ölkədə gərginliyin azaldılması hüdudlarının yaradılması işini çətinləşdirir.
Mayın 3-ü və 4-də Qazaxıstanın Astana şəhərində keçirilmiş suriyalı-suriyalı müzakirələrin dördüncü dövründə Suriyada gərginliyin azaldılması üzrə 4 məntəqənin yaradılması baradə anlaşma sənədi İran, Rusiya və Türkiyə tərəfindən imzalandı.