Sionist rejimin Livan Hizbullahı ilə mübarizə üzrə yeni planı
-
Sionist rejimin Livan Hizbullahı ilə mübarizə üzrə yeni planı
Sionist rejim ordusu Livan Hizbullahı ilə hər cür savaşa hazırlıq məqsədilə öz hərbçilərinə praktiki təlim keçmək üçün hərbçilərinin təlim-məşq mexanizmində mühüm dəyişikliklər aparacaqdır ki, onların biri, işğal olunmuş Fələstinin şimalında təlim mərkəzinin yaradılmasıdır.
Əlaləm informasiya kanalının məlumatına görə, sionist rejim ordusu bir bəyanat yayaraq bildirib ki, "Seyir" adlanan bu təlim mərkəzinin inşasında məqsəd, Livanda böyük kəndə oxşar bir şəhərciyin yaradılmasıdır, zira sionist rejimin gümanına əsasən, Hizbullah-ın rəhbərləri oradadırlar və bu partiyanın tabeliyində olan nəzarət təşkilatları orada iştirak edirlər.
Bu hərbi şəhərciyin inşasının ilk etaplarına start verilib və onda sionist hərbçilər təlim-məşqlərdə avtomobilləri şəhərciyə daxil və atəşaçma məşqlərində hərbi güllələrdən istifadə edə biləcəklər.
Sionist mənbələrin dediklərinə görə, bu planın çoxillik təlim proqramının icra xərci 400 milyon dollar dəyərləndirilib.