Sionist rejimin iclası beynəlxalq qanunları pozub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i271242-sionist_rejimin_iclası_beynəlxalq_qanunları_pozub
Fələstin Azadlığı Uğrunda Təşkilatın icraiyyə komitəsinin baş katibi və bir qrup Fələstin partiyası nümayəndəsi və tanınmış şəxsiyyəti Nüdbə divarı yanında sionist rejim nazirlər kabinetinin iclas keçirməsini beynəlxalq qanunlara zidd adlandırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 31, 2017 04:48 Asia/Baku
  • Sionist rejimin iclası beynəlxalq qanunları pozub

Fələstin Azadlığı Uğrunda Təşkilatın icraiyyə komitəsinin baş katibi və bir qrup Fələstin partiyası nümayəndəsi və tanınmış şəxsiyyəti Nüdbə divarı yanında sionist rejim nazirlər kabinetinin iclas keçirməsini beynəlxalq qanunlara zidd adlandırıblar.

İRİB-in məlumatına görə, Fələstin Azadlığı Uğrunda Təşkilatın icraiyyə komitəsinin katibi Saib Əriqat çərşənbə axşamı günü İsrail rejimi Nazirlər Kabinetinin Nüdbə Divarı yanında iclas keçirməsi və bu kabinetin işğal olunmuş Qüdsün yəhudiləşdirilməsi məqsədilə bəzi qərarlar verməyə çalışmasını pisləyib və onların bütün hərəkətlərini beynəlxalq qanunlara zidd adlandırıb. 

Fələstin Azadlığı Uğrunda İcraiyyə Komitəsinin üzvü Əhməd Məcdlani də bildirib: İsrail rejiminin Nazirlər Kabinetinin Nüdbə divarı yanında iclas keçirməkdə məqsədi ərəb və müsəlmanların emosiyalarını təhrik etməkdir və Benyamin Netanyahu bu hərəkəti ilə dünyaya bildirir ki, İsrailin Nazirlər Kabineti Qüdslə əlaqədar beynəlxalq qətnamələri rəsmən tanımır. 

Fələstin Ərəb Araşdırmalar Cəmiyyətində Xəritələr Departamanetinin rəsmisi Xəlil Tüfəkçi də deyib: ABŞ prezidenti Donald Tramp heç vaxt sionist rejimin məskənsalma hərəkətini pisləməyib və bəlkə də ona qanunilik verib. 

Sionist rejimin Nazirlər Kabineti bazar günü ilk dəfə olaraq işğal olunmuş Qüdsdə Nüdbə Divarının altındakı tunelində həftəlik iclasını təşkil edib.