İyun 05, 2017 15:23 Asia/Baku
  • 
Küveyt dövlətinin NATO-ya xüsusi xidmətləri
    Küveyt dövlətinin NATO-ya xüsusi xidmətləri

Küveyt hökuməti bazar günü gecə iclasında bu ölkədə Şimali Atlantik Alyansı NATO-ya xüsusi xidmətlərin verilməsi və Küveytin NATO-nun regional mərkəzi olaraq seçilməsi üzrə qanunun ilkin mətnini təsdiqləyib.

İRNA-nın məlumatına görə, Küveytin NATO regional mərkəz olaraq seçilməsinə dair Küveytlə NATO arasında son razılaşmadan sonra, bu ölkə hökumətinin ötən gecəki qərarı ilə təsdiqlənib. 

Küveyt İraqla qonşu olduğuna və region səviyyəsində keçidlərə görə NATO hərbçiləri üçün münasib tranzit mövqeyinə sahibdir və ABŞ və müttəfiqləri üçün çox əhəmiyyətlidir. 

Küveyt hökumətinin bu qərarla əsas məqsədi öz təhlükəsizliyini qorumaq istiqamətində NATO qüvvələrindən kömək almaqdır. 

Teqlər