Ötən ay ərzində yüzlərlə iraqlı mülki həlak olub
-
Ötən ay ərzində yüzlərlə iraqlı mülki həlak olub
BMT-nin İraq üzrə xüsusi nümayəndəsi bildirib: 2017-ci il may ayında İraqda baş verən terror hücumları nəticəsində 354 nəfər həlak olub 470 nəfər isə yaralanıb.
BMT-nin xüsusi nümayəndəsi tərəfindən yayılan hesabatda deyilir: İraqın şimalında yerləşən Neynəva vilayəti 60 ölü, 52 yaralı sayı ilə ötən ay ərzində İraqda ən çox qurban verən vilayət hesab olunur.
İRİB-in Bağdaddan verdiyi məlumata görə, son aylar ərzində ilk dəfə olaraq Neynəva vilayəti terror aktları və bu hadisələrdə ölənlərin sayı baxımından Bağdadı arxada qoyur. BMT-nin hesabatında həmin ayda Bağdadda 86 nəfər ölüb, 236 nəfər yaralanıb. Beləliklə Bağdad BMT siyahısında ikinci yerdə durur.
Son bir həftə ərzində Bağdad bir neçə terror aktının şahidi oldu və bunlar nəticəsində onlarla adam öldü və yaralandı.
Birləşmiş Millətlər Təşkilatının İraq üzrə nümayəndəsi Yan Kubiş bu statistikanı verərək ramazan ayından öncə və bu mübarək ayda mülkiyə qarşı terror aktlarını pisləyib və bildirib: İŞİD İraqda öz həyatının son günlərini yaşasa da, günahsız insanları qırğın etməklə intiqam almağa cəhd göstərir.