İraq və Suriya terrorizm ilə mübarizədə verdiyi dəstəyə görə İranı alqışladılar
-
İraq və Suriya terrorizm ilə mübarizədə verdiyi dəstəyə görə İranı alqışladılar
İraqın xarici işlər nazirinin müavini və Suriyanın İraqdakı səfiri şənbə günü axşam İrana terrorizm ilə mübarizə aparan ölkələrə verdiyi dəstəyə görə təşəkkür ediblər.
İRNA-nın məlumatına görə, İraq xarici işlər nazirinin müavini Nəzar Xeyrullah çərşənbə günü Tehranda törədilən terror hücumlarını qınayıb və İraqlı qüvvələrin son günlər İŞİD terrorçuları ilə savaşda əldə etdikləri uğurlara işarə edərək, bu savaş meydanında İraqı tək qoymayan ölkələrə təşəkkür edib və deyib: İŞİD ilə savaşda İraq xalqı və dövlətinə diqqətəlayiq dəstək verdiyi üçün xüsusi ilə İrana təşəkkür edirəm.
Suriyanın İraqdakı səfiri də bu mərasimdə İran İslam Şurası Məclisinin inzibati binasına və İmam Xomeyni(rə)-in məqbərəsinə edilən hücumları qınayıb və İranın terrorizm ilə savaşda Suriya xalqı və dövlətinə verdiyi dəstəkləri yüksək qiymətləndirib.