Qətər böhranı regional güclərin diqqət mərkəzində
https://azeri.sahartv.ir/news/qərbi_asia-i272662-qətər_böhranı_regional_güclərin_diqqət_mərkəzində
Qətər və Rusiya xarici işlər nazirləri Moskvada görüşüblər. Müzakirə masasında isə Qətər böhranı olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2017 14:08 Asia/Baku
  • Qətər böhranı regional güclərin diqqət mərkəzində
    Qətər böhranı regional güclərin diqqət mərkəzində

Qətər və Rusiya xarici işlər nazirləri Moskvada görüşüblər. Müzakirə masasında isə Qətər böhranı olub.

İran və Rusiyanın Fars körfəzi ətrafında yerləşən ölkələr və bir sıra digər ərəb ölkəsi ilə Qətər arasında yaranmış böhranın diplomatik və siyasi yolla həll edilməsinə təkid etdikləri halda, ABŞ-ın destruktiv və ikili siyasətləri vəziyyətin daha mürəkkəb hal almasına səbəb olub. Regiondakı böhranlarla bağlı hərdəmxəyal mövqeyə qapılan Tramp Qətər ətrafında yaranmış böhranla bağlı da aydın bir mövqe sərgiləyə bilmir. Bu arada Rusiya xarici işlər naziri Qətərin xarici işlər naziri ilə görüşdə yaranmış böhranın diplomatik yolla həllinə təkid edib. Qətərin xarici işlər naziri də Moskvada deyib: Yaranmış böhranın Fars Körfəzi Əməkdaşlıq Şurası çərçivəsində həll edilməsi istiqamətində səylərimiz davam edir. O həmçinin, böhranın həlli istiqamətində konstruktiv mövqe tutmasına görə İrana da təşəkkür edib.

 

Rusiya və Qətər xarici işlər nazirlərinin Moskva görüşü zamanı Sergey Lavrov və Həməd Bin Əbdürrəhman Ali Sani  ABŞ-ın Fars körfəzi ölkələri arasında yaşanan böhran və regional hadisələr qarşısındakı anlaşılmaz mövqeyi habelə,  Trampın hərdəmxəyal siyasətləri ilə bağlı öz təəccüblərini gizlədə bilməyiblər.

 

Həməd Bin Əbdürrəhman Ali Sani – Qətərin xarici işlər naziri:

Qətərə qarşı birtərəfli və qeyri qanuni rəftarlarla başlanan böhranın elə ilk anından məsələnin diplomatik yolla həllinə çalışan İran və Rusiyanın mövqeyini yüksək qiymətləndiririk. Təəssüflər olsun ki, Vaşinqtonun indiyə kimi aydın bir mövqe nümayiş etdirməməsi, böhranın daha da mürəkkəbləşməsinə səbəb olub.

 

Vaşinqtonun siyasət səhnəsində olduğu kimi, əməliyyat meydanında da anlaşılmaz mövqe sərgiləməsi Rusiya Müdafiə Nazirliyinin ciddi etirazına səbəb olub.

 

General Sergey Ruskoy – Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Komandanı:

ABŞ və müttəfiqləri sözdə terrorizm ilə mübarizədən danışsalar da, praktiki olaraq Palmira və Deyrəzzurda terrorçuları silahlandırmaq və maliyyələşdirməklə məşğuldurlar.

 

General Sergey Surikin – Rusiyanın Suriyadakı qüvvələrinin komandanı:

Sadəcə ötən bir ay ərzində Suriya ərazisinin 39 min kvadrat kilometri terrorçuların işğalından azad edilib. İŞİD və digər terrorçuların bütün cəbhələrdə məğlub olduğu bir ərəfədə terrorçulara yardım etmək yolverilməzdir.

 

İran, Rusiya və Suriya terrorizmə qarşı birgə mübarizəni davam etdirirlər. Vaşinqton isə müqavimət cəbhəsinə qarşı təxribatçılıqdan əl çəkmək istəmir.