İyun 12, 2017 09:06 Asia/Baku
  • Sionistlərin röyası: İraqı parçalamaq
    Sionistlərin röyası: İraqı parçalamaq

Sionist rejimin sabiq müharibə naziri bu rejim və ABŞ-ın İraq Kürdüstanının ayrılması planını dəstəklədiyini bildirib.

Yerli, regional və beynəlxalq etirazlara baxmayaraq, İraq Kürdüstanının rəhbəri Məsud Barzani bu ölkə kürdlərindən 25 sentyabr 2017-ci il tarixində Kürdüstanın İraqdan ayrılmasına səs vermələrini istəyib.

Fars Xəbər Agentliyinin məlumatına görə, sionist rejimin sabiq müharibə naziri və hakim Likud partiyasının yüksək səviyyəli başçılarından Qideon Səar bazar günü Milli Təhlükəsizlik Araşdırmalar İnstitutunda verdiyi məqalədə İraqın parçalanmasına dəstək üzrə Kürdüstanın ayrılmasına təkid edib.

İki ay öncə Barzaninin müşavirlərindən biri ilə görüşən Səar əlavə edib: İsrail Kürdüstanın İraqdan ayrılmasnı dəstəkləməklə ABŞ-ı kürdlərin müstəqil dövlətini qəbul etməyə qane etməlidir.

Sionist rejimin sabiq müharibə naziri həmçinin Kürdüstanın ayrılması üçün Barzaninin səylərinin artmasının səbəblərinin İraqdan kənar olduğunu etiraf edib: Barzaninin qənaətincə, Donald Tramp ABŞ prezidenti olduğu zamana qədər Kürdüstan İraqdan ayrıla bilər.

İraqın parçalanması planı 2011-ci ildən və İŞİD-in meydana gəlməsi nəticəsində bu ölkənin qərb bölgələrində gərginliyin başlanması ilə yanaşı başlandı.

Teqlər