Fuad Məsum: İraqın İranla münasibətləri davam edəcək
İyun 20, 2017 19:14 Asia/Baku
-
Fuad Məsum: İraqın İranla münasibətləri davam edəcək
İraq prezidenti İranın həmin ölkənin qərarçıxarmalarında hər cür təzyiqini rədd edərək, qonşu ölkələrin İraqın Kürdüstan məntəqəsinin istiqlaliyyəti üzrə referendum barədəki fikirlərini bildirib.
IRNA-nın məlumatına görə, İraq prezidenti Fuad Məsum bu gün Rudav adlı kürddilli xəbər kanalı ilə müsahibədə deyib: İran öz, İraq da özünə xas siyasətlərə malikdirlər və iki ölkənin münasibətləri geniş və köklüdür. İraq daim İranla münasibətlərinin gücləndirilməsini istəyib, amma bu, o demək deyildir ki, İraq İranın siyasətlərinə tabedir.
İraq prezidenti İraqın Kürdüstan məntəqəsinin gələcəyi barədə 25 sentyabrda keçiriləcək referendum barədə belə deyib: Məsələ təkcə referendum deyil, həm də bir qrup iş nəzərdə tutulmalıdır.