Əmmar Həkim kürdlərə müraciət edib
İraqın Ali İslami Məclisinin sədri Fitr bayramı günü münasibəti ilə etdiyi müraciətində İraq Kürdüstanının ayrılması üzrə referendumun keçirilməsinin destabilliyə gətirib çıxaracağını bildirib.
İraqın Ali İslami Məclisinin sədri fitr günündə kürdlərə xitabən deyib: Separatçılıqlar destabil rejimlərin yaranması ilə nəticələnir.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Əmmar Həkim İraq kürdlərinə birlik mesajında ölkədə milli birliyin mühafizəsinin vacibliyini vurğulayıb.
Həkim kürdləri İraqın canı və ruhunun bir hissəsi adlandıraraq vahid və bütöv vətənə təkid edib.
İraq prezidenti Fuad Məsum da dünən İraq Kürdüstanı bölgəsinin İraqdan ayrılmaq üzrə referendum keçirmək qərarına qarşı çıxdığını bildirərək deyib: İraqlıların İraqın problemlərinin dialoq yolu ilə həlli uğrunda ardıcıl səylərə və vəhdətə sadiq qaldığını bildirərək tayfaçılıq, irqçilik və bölgəçiliklə müxalifəti vacib hesab edib.
İraq Kürdüstanı bölgəsinin partiyaları bu bölgənin başçısı Məsud Barzaninin iştirakı ilə keçirilən iclasda bu bölgənin İraqdan ayrılması üzrə referendumun cari milad ili sentyabrın 25-də keçirilməsi ilə razılaşıb.