İyul 01, 2017 20:17 Asia/Baku
  • İraqlı qüvvələr Şəfa qəsəbəsini İŞİD-in işğalından çıxarıblar
    İraqlı qüvvələr Şəfa qəsəbəsini İŞİD-in işğalından çıxarıblar

İraqda Neynəva əməliyyatının komandanı Mosulun qərbində yerləşən Şəfa qəsəbəsinin digər hissələri, həmçinin İbn Sina xəstəxanası, qan bankı, nüvə tibb bölməsi və laboratoriyanın azad edilməsindən xəbər verib.

Əlaləm-in məlumatına görə, Neynəva əməliyyatının komandanı general-leytenant Əbdulamir Rəşid Yarəllah bu gün bu xəbəri verərək, əlavə edib: Mosul şəhərinin azad edilməsi təqribən təkmilləşib və bugünkü əməliyyat bu şəhərin sonuncu məntəqələrinin təmizlənməsi üçün həyata keçirilibdir.

İraqın mərkəzi polisi də Mosulun qədim hissəsindəki sürətli qələbələrin davamında bu gün səhər tezdən Mosulun qərbindəki Dəclə çayının sahillərinə çatıbdır.

Ordu, polis, sürətli reaksiya və terrorizmlə mübarizə qüvvələri daxil olmaqla Mosulun azad edilməsi əməliyyaında iştirak etmiş bütün silahlı iraqlı qüvvələrin Dəclə çayının sahilinə çataraq, bir-birilərinə qovuşmaları Mosulun tam şəkildə azad edilməsi deməkdir.

İraqın Müdafiə Nazirliyi cümə axşamı günü yaydığı bəyanatda İŞİD-in Mosuldakı işğalçılığına son qoyulduğunu bildirdi. Mosulun şərq hissəsinin azad edilməsindən sonra iraqlı qüvvələr 2017-ci ilin fevralında Mosulun qərb hissəsinin azad edilməsi əməliyyatına başladılar ki, cümə axşamı günü onun sonuncu etapı başa çatdı.

Teqlər