Qədim Mosulda daha bir qrup İŞİD terrorçusu məhv edildi
İyul 02, 2017 18:03 Asia/Baku
İraqın Federal Polisinin rəisi təhlükəsizlik qüvvələrinin bazar günü Mosulun qədim hissəsində təqribən 80 terrorçunu məhv etdiklərini bildirib.
İRİB-nin verdiyi məlumata görə, ordu generalı Raid Cəvdət deyib: İraqlı qüvvələr Qədim Mosulun Babül-Cədid, Qədimi körpü və Əş-Şəfa məhəlləsinin azad edilməsi əməliyyatında təqribən 79 terrorçunu öldürüb, İŞİD-in mühasirəsində olan təqribən 550 sivili xilas ediblər.
İraqın müharibə təbliğatı qərargahı isə Qədim Mosulun cənub hissəsində polis qüvvələri ilə İŞİD terrorçuları arasında ağır döyüşlərin davam etməsindən xəbər verib.