İraqda terror partlayışı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i274956-İraqda_terror_partlayışı
İraqın Ələnbar vilayətində yerləşən didərginlər düşərgəsində baş vermiş terror partlayışı nəticəsində on dörd nəfər həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 03, 2017 04:33 Asia/Baku
  • İraqda terror partlayışı
    İraqda terror partlayışı

İraqın Ələnbar vilayətində yerləşən didərginlər düşərgəsində baş vermiş terror partlayışı nəticəsində on dörd nəfər həlak olub.

İraqın Suməriyyə-Nyus xəbər portalının məlumatına görə, bu ölkənin Ələnbar vilayətinin vilayət şurasının təhlükəsizlik müşaviri Hüseyn Kəssar deyib ki, dünən gecə bu vilayətin mərkəzi Əlrəmadi şəhərinin qərbində yerləşən didərginlər düşərgəsində baş vermiş terror partlayışı nəticəsində on dörd nəfər ölüb, on üç nəfər də yaralanıb. Ölən və yaralananların əksər hissəsini uşaqlar və qadınlar təşkil edirlər.