İyul 04, 2017 20:57 Asia/Baku
  • Mosul İŞİD-in son qalıqlarından təmizlənir
    Mosul İŞİD-in son qalıqlarından təmizlənir

İraq ordusu Mosul şəhərini İŞİD-in son qalıqlarından təmizləməklə məşğuldur. İraqın ikinci ən iri şəhəri və Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin tam olaraq işğaldan azad edilməsi xəbəri tezliklə elan edilməlidir.

 

Mosulda İŞİD ilə savaş sona yaxınlaşıb. Qarşıdan gələn günlər, bəlkə də yaxın saatlar ərzində Mosulun azad edilməsi xəbəri elan ediləcək.

 

İraq Birləşmiş Polis Qüvvələrinin əməliyyat komandanı Mayor Əlami deyir:

“İraqlı qüvvələrin böyük qələbəsi ilə İŞİD-in qondarma hakimiyyəti öz sonuna yaxınlaşıb. Sadəcə Mosulda deyil, olduqları hər  yerdə terrorçuları təqib edəcəyik.”

 

9 aydır ki, Mosulda İŞİD terrorçuları ilə savaşan gənc hərbçilərin sevincinin həddi yoxdur. Biri qələbə nişanəsi olaraq İraqın bayrağını dalğalandırır. Digəri isə öz sevincini tank üzərində belə bəyan edir.

 

İraqın Sürətli Reaksiya Qüvvələri komandanı Ordu generalı Samir Hüseyni isə deyir:

“İnşallah, tezliklə İraq xalqını İŞİD-in məğlubiyyət xəbəri ilə sevindirəcəyik. Xüsusilə ötən illər ərzində terrorizmin qurbanına çevrilən acılı ailələri.”

 

Bu günlər Mosulun ayaq basdığınız hər bir guşəsində təhlükə var. Ya həyatdan ümüdünü üzərək, pusquya yatan İŞİD terrorçusu, yada Respublika xəstəxanasının zirzəmisində olan bu bomba quraşdırılmış avtomobil kimi insanların həyatını təhdid edir.

Mosulun azad edilməsi xəbəri İraqlıları sevindirsə də, İŞİD-in İraqa vurduğu yaraların ağrı və acısını unutmaq uzun zamana və milyardlarla dollar vəsaitə ehtiyaclıdır. Bu yara terrorizmi himayə edən Amerika, İsrail və irticaçı Ərəb rejimləri üçbucağının açdığı yaradır.

 

Teqlər