Suriyada xlor qazından istifadə iddiası anti-Suriya təbliğatıdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i275260-suriyada_xlor_qazından_istifadə_iddiası_anti_suriya_təbliğatıdır
Rusiya xarici işlər nazirliyinin sözçüsü Suriya dövlətinin terrorçularla mübarizədə xlor qazından istifadə etməsi iddiasını anti-Suriya təbliğatı adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 05, 2017 15:52 Asia/Baku
  • Suriyada xlor qazından istifadə iddiası anti-Suriya təbliğatıdır

Rusiya xarici işlər nazirliyinin sözçüsü Suriya dövlətinin terrorçularla mübarizədə xlor qazından istifadə etməsi iddiasını anti-Suriya təbliğatı adlandırıb.

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün Moskvada Suriya dövlətinin Şərqi Qutədə və Dəməşqətrafı məntəqədə terrorçularla mübarizədə xlor qazından istifadə etməsi iddialarını anti-Suriya təbliğatı çərçivəsində adlandırıb.

Bundan öncə də Suriya ordusunun komandanlığı terror qruplarının bu ölkə ordusunun xlor qazından istifadə etməsinə dair iddialarını təkzib etmişdi.

Suriya, beynəlxalq təşkilatların hesabatına əsasən, heç bir kimyəvi silaha malik deyil.

Bir çox ekspert Suriya dövlətini kimyəvi silahdan istifadə etməkdə ittiham etməyi bu ölkə ordusunun terrorçular üzərindəki son qələbələrilə paralel surətdə reallıqları tərsinə göstərmək və ümumi fikri yayındırmaq üzrə səy adlandırır.